İkinci dəfə ailə quran qadının birinci nikahı pozulmayıbsa, ikinci evliliyi doğrudurmu?
Sual:
Salam Aleykum Bir qadın var özüde bilmeden birinci kebini pozulmadan ikinci defe kebine girib ve hemiN insanla yaşayıb ustuneN bir müddet kecennen sora bilibki birinci kebini esLinde pozuLmuyuB ve kebini kesen mollanın yanına gedib maraglannan sora her ikisin leğv edib ve ona deyilib ki artıq ikinci kesdiyin kebinde olan insan sene haramdı bunnaN sora onunla bir yerde ola bilmersen kebin kese bilmersen zehmeT olmasa başa salın bu nece ola biler? İkinci kebinde olan insan onunla aile qurmağ istir bunun heçmi bir çıxış yolu yoxdur?? oncedeN Allah razı olsun tessekur edireM
Cavab:
Və aleykum Salam. Evli qadın ərindən boşanıb, iddə müddəti bitməyənə qədər başqa bir kişi ilə nikaha girə bilməz. Nikahı molla deyil, yalnız kişi arvadına "səni boşadım" və ya bu mənada sözləri deməklə poza bilər. Əgər ikinci dəfə nikaha girən qadın birinci nikahının pozulmadığını bilərsə, onun ikinci evliliyi dərhal batil sayılır və qadın birinci nikahı pozub, iddə müddətini gözləyib sonra ikinci dəfə istədiyi kəslə nikah bağlaya bilər. Ətraflı oxuyun:
Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilərmi?
Boşanmış qadın vəlisinin izni olmadan kəbin kəsdirə bilərmi?