Şirk barədə tez-tez vəsvəsələr gəlir, bunlardan necə xilas ola bilərəm?

    06.12.2024
Kimdən: 
Günahkar bəndə
Sual: 
Salam mənə çoxlu şirk vəsvəsəsi gəlir və mən sanki Allaha şirk qoymuşam kimi fikirləşirəm. Qorxuram artıq bu vəsvəsələrdən bezmişəm intihar etmək istəyirəm səbr edə bilmirəm yemək yeyəndə deyir kiməsə Allah deyirsən danışanda deyir kiməsə Allah deyirsən ağzımı açıram deyir kiməsə Allah deyirsən sən kafirsən dindən çıxdın deyir o tövbə edirəm tövbə edəndədə deyir şirk qoydun yoruldum artıq xahiş edirəm tez baxın yoxsa intihar edəcəm
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu bilin ki, dilinə gətirmədiyi və tələffüz etmədiyi müddətdə özündən asılı olmayaraq insanın beyninə gələn fikirlərə görə ona günah yazılmır. Bunlar sadəcə şeytanın vəsvəsələridir. Şeytan sizin bu fikirlərdən narahat olub, bu fikirlərə görə günah qazandığınızı düşündüyünüzü gördüyü üçün bu vəsvəsələri çoxaldır və sizi böyük günah olan initihara sövq edir. İntihar etmək böyük günahdır. Bu barədə ətraflı oxuyun:

İntihar haqqında


Əgər siz heç bir şey dilinzə gətirmirsizsə, şeytanın sizə "kiməsə Allah deyirsən" vəsvəsəsinə fikir verməyin. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah mənə vəd et­mişdir ki, ümmətim əməl etməyincə və ya danış­ma­yın­ca, qəlblərinə gələn vəsvəsələrə (pis fikirlərə) görə onları cəzalandırmayacaqdır". (Səhih əl-Bu­xari, 2528). Həmçinin oxuyun: 

İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?

Teqlər: 
Paylaş: