Allah barədə qəlbimizdən keçən pis fikirlərə görə günah qazanırıqmı?

    07.07.2022
Kimdən: 
İslam
Sual: 
Salam Aleykum men son vaxtlar çox şirkçi vesvesler gelir ele vezityete geldim ki artıq ALLAHIN adını çekende ele bil ki ondan qeyrisini çağırıram ve deli kimi hereket elemeye başlamışam çox pis güne düşmüşem ve 1 heftedir bu problem mende var ve artıq son vaxtlar çox çetin yata bilirem nə ede bilerem ki bundan qurtulum sizden çox tez vaxtda bu sualı cavablamağınızı isteyirem
Cavab: 
Va aleykum Salam. Sizi narahat edən budur ki, siz qəlbinizə gələn bu vəsvəsələrə görə günah qazandığınızı və bu vəsvəsələrə görə özünüzü müqəssir hesab edirsiniz. Amma Allah barədə qəlbinizə gələn vəsvəsələri dilə gətirmədiyiniz müddətdə onlara görə sizə günah yazılmır. Belə vəsvəsələrə fikir verməyin və Allaha sığının. Həmçinin belə vəsvəslərin qarşısını almaq üçün Quran ayələrinin səsli oxunuşuna qulaq asmağınız da yaxşı olardı. Ətraflı oxuyun:
Teqlər: 
Paylaş: