İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?

    24.08.2014
Sual: 
SELAM ALEYKUM.REHMETLIK ANAM 1 IL BUNDAN QABAQ MENE DEDIKI; QIZIM MENIM AGLIMA SEYTAN FIKIRLERI GIRIB/ALLAH HAQQINDA.YAXSI/OLMMAYAN FIKIRLER DUSUNUREM BU MENDEN ASLI DEYIL .BU FIKIRLERI DUSUNMEK ISTEMIREM /BU HALDA MENIM ANAM GUNAHKARDIRMI ...XAHIS EDIREMKI SUALIMI TEZ CAVABLANDIRASINIZ
Cavab: 

Aleykum salam. İnsanın ağlına gələn pis fikirlər şeytanın vəsvəsələrindən hesab edilir. İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: "Səni kim yaradıb?" O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb? "Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi" - desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar". 
Hədisdən də göründüyü kimi pis fikirlər şeytandandır. İnsan bu fikirlərə əməl etmədikcə heç bir günah qazanmır. Ona görə də ağıla pis fikirlər gələndə bilmək lazımdır ki, bu fikirlər insanın özündən deyil, şeytandandır və bu fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Həmçinin bundan xilas olmaq üçün Allaha və dinə aid bütün pis fikirlərin şeytandan gələn vəsvəsə olduğunu bilməkdir. Bunun əlacı odur ki, bu fikirləri özünüzdən hesab etməyin, fikirlərə qarşı mübarizə aparıb onları çıxartmağa çalışmayın, sadəcə olaraq heç bir əhəmiyyət verməyin. Bilin ki, insanın ürəyinə gələn fikirlərə görə insan heç bir məsuliyyət daşımır. Həmçinin oxuyun:
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua 

Paylaş: