İstəmədən din barədə ağlıma gələn pis fikirlərə görə günah qazanırammı?
Sual:
Salam Men Namaza Yeni Başlamışam Şükür olsun Rebbime Mene ona ibadet etmeyimi lütf etdiyi üçün. Ama Özümde Özümü pis hiss edirem Meselen:Sanki içimde biri var ve mene Pis düşünceli,Dinimize İnamı olmayan Hetta Dini Bir video qarşıma çıxdığı zaman Kövrelirem Gözlerim yaşarır Ama içimdeki ses Deyir Sen Özünün imanının olub olmadığını yoxlamağ üçün gözlerin yaşarır Deye sözler deyir sanki Yada Öz düşüncemmiş kimi hiss eletdirir bu Şeytanın işidir? Cavabladığınız üçün Çox sağolun.
Cavab:
Va aleykum salam. Bu düşüncələr şeytanın vəsvəsələridir. Şeytan yeni ibadətə başlayan insanları belə düşüncələrə salmaqla ibadətdən və dindən uzaqlaşdırmaq istəyir. Sadəcə bunu bilin ki, belə düşüncələrə görə siz günah qazanmırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah mənə vəd etmişdir ki, ümmətim əməl etməyincə və ya danışmayınca, qəlblərinə gələn vəsvəsələrə görə onları cəzalandırmayacaqdır". (Səhih əl-Buxari, 2528).
Əksinə, belə düşüncələrin gəlməsi sizin haqq din üzərində olmağınıza dəlalət edir. Daha ətraflı:
Əksinə, belə düşüncələrin gəlməsi sizin haqq din üzərində olmağınıza dəlalət edir. Daha ətraflı: