Allah barədə ağıla gələn şübhələr imana təsir edirmi?

    19.06.2021
Sual: 
Salam 15 yaşım var namaz qılıram son günlər hiss edirem ki imanım artır ALLAHA bağlılığım artır ancağ şeytan durmadan mene vesvese edir meni yoldan çıxardmağa çalışır.Ağlıma pis pis şeyler getirir.Mende ALLAHIN varlığına axiret dünyasına inam barede şüphe yaratmağa çalışır.Özümü narahat ve günahkar hiss edirem bele olanda.içimde bu şüphe ile yaşamağ isdemiremÖzüm özüme ALLAHIN varlığına dair sübutlar getirsemde şeytan içime bir şüphe salır bu günahdırmı ve bundan nece qurtula bilerem
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, belə fikirlərin gəlməsi insanın doğru yolda olmasına dəlalət edir, çünki şeytan azmış və haqq yolundan sapmış birinə vəsvəsə etmir. Bilin ki, bu fikirlərin sizin imanınıza təsiri yoxdur və buna görə sizə günah yazılmır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, şeytanın vəsvəsə verməsi insanın doğru yolda olmasının əlamətidir. Çünki şeytan azmış insanlara vəsvəsə verməz. Bir hədisdə deyilir: "Bir dəstə insan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək dedilər: "Ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Çünki bu fikirlər son dərəcədə ağır və pis fikirlərdir". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sizdə bunlar baş verirmi?"  Səhabələr:  "Bəli" - deyə cavab verdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Bu, imanın doğru olmasına görədir". (Səhih Muslim, 133). İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Belə vəsvəsələrə fikir verməyin və bu fikirlərdən Allaha sığının. Daha ətraflı:
Teqlər: 
Paylaş: