İbadət əsnasında ağıla gələn pis fikirlər ibadəti batil edirmi?

    30.11.2019
Kimdən: 
Sevgi
Sual: 
Destemaz alarken agla kotu dusunceler gelir zikr ederkende gelir bu vesvesedir zikrim qevul olurmu?
Cavab: 

Əssələmu aleykum. Mömin insana dəstəmaz, namaz, zikr və ya hər hansı ibadət əsnasında gələn vəsvəsələr ibadətin qəbul olmasına mane olmur və buna görə ona günah yazılmır. Çünki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Dilinə gətirmədikcə, yaxud bununla əməl etmədikcə, ümmətimin fikrindən keçənlərə görə Uca Allah onlara günah yazmır". (əl-Buxari, 2528. Muslim, 127).

Uca Allah bizə şeytanın vəsvəsələr verdiyini bildirmiş və bundan xilas olmağın yollarını göstərmişdir. Uca Allah bu xüsusda buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər". (əl-Əraf, 200-202).

Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bildirmişdir ki, şeytanın vəsvəsə verməsi insanın doğru yolda olmasının əlamətidir. Çünki şeytan azmış insanlara vəsvəsə verməz. Bir hədisdə deyilir: "Bir dəstə insan Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gələrək dedilər: "Ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Çünki bu fikirlər son dərəcədə ağır və pis fikirlərdir". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Sizdə bunlar baş verirmi?"  Səhabələr:  "Bəli" - deyə cavab verdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Bu, imanın doğru olmasına görədir". (Müslim, 133). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: