Namaz əsnasında ağlımıza gələn pis fikirlərə görə günah yazılırmı?

    26.07.2019
Kimdən: 
.
Sual: 
Assalamun Aleykum.men namaz qilarken aglima pis dusunceler gelir.ele sozlerki onu ne beynim dusunur nede ureyimnen kecir.yalniz namaz qilarken olur.Allah yaninda gunaha batmagdan cox qorxuram.men ne etmeliyem xayiw eliyirem mene komeklik edin
Cavab: 

Və aleykum Salam. Səhih bir hədisdə belə deyilir: "Bir dəstə insan Rəsulallahın (sallallahu aleyhi ve səlləm) yanına gələrək deyirlər ki, ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Hətta dərəcədə böyük və pis fikirlərdir. Rəsulallah onlara: "sizə bunlar baş verirmi?" - dedikdə,  onlar: "bəli" - deyə cavab verdilər. Rəsulallah onlara: "Bu, imanın saflığıdır" - deyə cavab verdi". (Muslim, 133). Yəni, bu vəsvəsələrin olması insanın düzgün iman üzərində olmasına dəlalət edir. Çünki, azmış bir qəlblə və ya imansız bir qəlblə şeytanın işi yoxdur. Şeytan əksinə düz yolda, düz əqidə üzərində olanlara vəsvəsə vermək istəyir. Buna görə də gələn vəsvəsələri Allaha sığınmaqla dəf etmək lazımdır və bunlara görə narahat olmaq lazım deyil, çünki bu imanın düzgünlüyündən irəli gəlir. Həmçinin bu cavabları oxuyun:

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır? 

İnsanın beyninə gələn pis fikirlər günahdırmı? 

Paylaş: