İnsanın beyninə gələn pis fikirlər günahdırmı?

    24.12.2013
Sual: 
Salam aleykum. Dindar insanin beynine ozunden asili olmayaraq dehshetli fikirler gelirse o insan gunah qazanmiş olurmu? Qabaqcadan teshekkurler.
Cavab: 

Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" Həmçinin, o demişdir: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: "Səni kim yaradıb?" O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb?" Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi" - desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar".
Hədisdən də göründüyü kimi pis fikirlər şeytandandır. İnsan bu fikirlərə əməl etmədikcə heç bir günah qazanmır. Ona görə də ağıla pis fikirlər gələndə bilmək lazımdır ki, bu fikirlər insanın özündən deyil, şeytandandır və bu fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır.

Paylaş: