Mənasını dərk etmədən küfr olan bir sözü demək insanı dindən çıxarırmı?

    11.12.2024
Kimdən: 
K
Sual: 
Əssələmu Aleykum.küfr sayilan sözler hansilardir?bilmədən yeni mənasini dərk etmədən kufr olan bir sozu demek Dinden cixarirmi? Menim qelbime beynime pis fikirler şubheler inkar edici şeyler gelir Allahi inkar etmek və ya yaxud Allah sene neyniye biler bele şeyler gelir ve men pis oluram. Vallahi men iman etmişem biriyem niye bele olur?Herden qelbimin qarardiğini hiss edirem.gece namazinda 5,7,11ruket bele gucum çatdiği qeder Herden gece yorgun ezgin oluram ruketlerin sayini azalda bilərəmmi?SubhənAllah,Əlhəmdulilləh ,Allahu Əkbar, Lə ilahə illaAllah bu zikrlər ayri ayriliqda mi deyilir yoxsa dördünüdə birden deyib zikr etmək olar yəni sünnəde nəcə gəlib?
Cavab: 

Və aleykum Salam. 

1) Əgər insan qəlbindən keçən pis fikirləri, küfr sözləri dilə gətirməz və ya ona əməl etməz, bu sözlərin mənasını dərk etməzsə, bu fikirlər insanın imanına zərər verməz. Əksinə, bu cür fikirlər insanın doğru yolda olmasına dəlalət edir, çünki şeytan yalnız mömin adama küfr vəsvəsələri verir. Daha ətraflı:

Tez-tez beynimə pis fikirlər və vəsvəsələr gəlir, nə edim?

Pis fikirlərdən necə qorunmalıyıq?

İnsanın beyninə gələn fikirlər günahdırmı?

Allah qəlbimizdən keçənlərə görə bizi cəzalandıracaqmı?


2) Gecə namazlarını 11 rükətə qədər qılmaq icazəlidir. Rükətlərin sayını azaltmaq icazəlidir. Ətraflı oxuyun:

Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?


3) Qeyd etdiyiniz zikirləri həm bir yerdə, həm də ayrı-ayrılıqda demək icazəlidir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: