Naməhrəm qadınla münasibətdə olmayacağıma dair and içən şəxs andını poza bilərmi?
Sual:
Mən ailəliyəm, bir şəxslə bir daha birlikdə olmamaqüçün and içmişəm lakin üstündən 2 ilədək keçib biz ayrıla bilmirik andı necə poza bilərəm.
Eyni vaxtda öz aramızda necə kəbin kəsə bilərik.
Cavab:
Əssələmu aleykum. Kəbin olmadan naməhrəm kişi ilə qadının münasibət qurması haramdır və bu əməl zina sayılır. Zina isə böyük günahlardan biridir. Bu səbəbdən bu əməli tərk edib, etdiyiniz əmələ görə tövbə etməlisiniz. Yalnız kəbin kəsdirməklə naməhrəm qadın ilə münasibət qurmaq olar. Kəbin isə qadının vəlisinin (ata, qardaş, əmi və s.) izni ilə kəsilməlidir. Zinanın haram olması və kəbin kəsdirmək barədə ətraflı bu linklərdən oxuyun: