Uşağa Namaz adını qoymaq olarmı?

    31.12.2014
Kimdən: 
leyla
Sual: 
Selam lutfen sorumu cevablandirin bir cocuqa namaz adin qoymak olurmu
Cavab: 

Aleykum salam. Bəli, uşağa Namaz adını qoymaq olar. Ümumiyyətlə, uşaqlara gözəl və mənaca yaxşı, həmçinin cəmiyyətdə qəribə qarşılanmayan ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym).
Dinin qadağan etdiyi bir məna daşıyan adların uşaqlara verilməsi düzgün deyil. O dönəmdə peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) islama yeni daxil olanların cahiliyyə dövründəki adlarını dəyişdirməzdi. Ancaq bu adlar arasında mənası çirkin və ya Allahdan başqasına bəndəliyi (qulluğu) ifadə edənlər varsa, məsələ müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkəbə və ona oxşarr adları xüsusən də Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Abdurrahmən kimi adlarla dəyişdirdi. Kəsmək anlamına gələn Sarim ismindəki bir səhabənin adını da, xoşbəxt mənasına gələn Said, Bərra olan bir qadının adını isə Zeynəb olaraq əvəz etmişdir. (əl-Buxari: "Ədəb", 108; Əbu Dəvud: "Ədəb", 62).
Həmçinin Firon və Qarun kimi zülm və küfür simvolları olan adların da verilməsi islamda qadağandır. Övladlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, dini hədəflərə və insan heysiyyatına uyğun, ətrafımızdakı insanların xüsusi ilə də qulağa xoş gələn, islam böyüklərindən xatirə qalan mənası gözəl olan adlardan hər hansı biri ola bilər. Daha öncədən heç eşidilməmiş, mənasız ifadələr daşıyan, islam cəmiyyətində heç istifadə olunmayan uydurma və müsəlman olmayanlara aid adların uşaqlarımıza ad olaraq qoyulması doğru deyildir. Çünki peyğəmbərimiz belə demişdir: "Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir". (Əbu Dəvud: "Ədəb", 61; Əhməd: "Musnəd", 7/194).
Allah qatında adların ən gözəli Abdullah və Abdurrahməndır. (əl-Buxari: "Ədəb", 105-106; Muslim: "Ədəb", 2; İbn Məcəh: "Ədəb", 2).

Teqlər: 
Paylaş: