əz-Zuxruf surəsi, 86-cı ayənin izahı nədir?
Və aleykum Salam. Uca Allah əz-Zuxruf surəsi 86-cı ayənin təfsirində belə buyurur: "Müşriklərin Allahdan başqa tapındıqları tanrılar şəfaətçilik edə bilməzlər. Yalnız o kəslərdən başqa ki, onlar dediklərinin mənasını bildikləri halda haqqa şəhadət verirlər". Təfsir alimləri bu ayənin təfsirində belə demişlər:
"Müşriklərin Allahdan başqa tapındıqları tanrılar şəfaətçilik edə bilməzlər", yəni Allahdan başqa çağırılan, dua edilən heç kəs — istər peyğəmbərlər olsun, istər mələk olsun, istər digərləri — şəfaət etməyə qadir deyillər. Onlar yalnız Allahın izni ilə şəfaət edə bilərlər və yalnız Allahın razı qaldığı şəxslər üçün şəfaətçilik edə bilərlər. Odur ki Uca Allah ayənin davamında belə buyurur: "Yalnız o kəslərdən başqa ki, onlar dediklərinin mənasını bildikləri halda haqqa şəhadət verirlər", yəni, dili ilə söyləyib, qəlbi ilə təsdiq edib, şahidlik etdiyini bilən kəslər istisnadır. Onun şəhadətinin haqq olması şərtdir. Haqq şəhadət isə Allahın təkliyinə, Onun peyğəmbərlərinə iman gətirmək və onların gətirdiklərinin haqq olduğuna şahidlik etməkdir. Şəfaət edənlərin yalnız bu şəxslər barədə şəfaəti fayda verəcəkdir. Məhz onlar Allahın əzabından qurtula biləcəklər, Onun mükafatını qazanacaqlar". Həmçinin oxuyun:
Qiyamət günü Cənnətə düşən başqalarına da şəfaət edə biləcəkmi?