Qiyamət günü Cənnətə düşən başqalarına da şəfaət edə biləcəkmi?
Va aleykum Salam.
1. Qiyamət günü Cənnətə düşənlərin Allahın onlara verdiyi mükafatdan imtina etmə kimi bir tələbi və ya haqqı olmayacaq. Qiyamət günü hansısa möminin Allah qatındakı xətrinə görə kiminsə Cəhənnəmdən xilas olmasına gəlincə isə, Qiyamət günü bəzi insanlar Allahın iznilə şəfaətçi ola biləcəklər. Ancaq istənilən halda şəfaət bütövlüklə Allaha məxsusdur və Ondan da istənilməlidir. Dilədiyi vaxt və dilədiyi kimsələrə buna izn verəcək olan da Odur. Necə ki, Uca Allah Qurani Kərimdə belə buyurmuşdur:
"De: Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44).
"...Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər...". (əl-Bəqərə, 255).
"Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir". (əl-Ənbiya, 28).
"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz". (ən-Nəcm, 26).
Əlidən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Quranı oxuyar və onu gözəlcə əzbərləyər, halalını halal, haramını da haram qəbul edərsə, bunun sayəsində Uca Allah o kimsəni cənnətinə qoyar və ailəsindən cəhənnəmə girməyə layiq olan on nəfər üçün şəfaət etmə haqqı verər". (ət-Tirmizi "Fədailul-Quran", 13; İbn Məcəh, 1/78).
Həmçinin digər səhih bir hədisdə belə buyurulmuşdur: "Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər". (İmam Əhməd; ən-Nəsai; Əbu Davud və başqaları). Daha ətraflı: Qiyamət günü hansı növ şəfaət olacaqdır?
2. Bəli, qeyri-müsəlmanlar üçün dua edərək Allahdan hidayət diləmək olar. Amma onlar üçün digər şeylər istəmək olmaz.
Daha ətraflı: Qeyri müsəlmanlara rəhmət oxumaq, hidayət istəmək barədə