Qiyamət günü hansı növ şəfaət olacaqdır?

    05.08.2014
Sual: 
Qiyamət günü hansı növ şəfaət olacaqdır?
Cavab: 

Aleykum salam. Bunun bir neçə növü var və ən önəmlisi budur:
1. Böyük şəfaət: Qiyamət günü insanlar haqq-hesabın başlanmasını gözlədikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) Rəbbinin hüzurunda insanların haqq-hesabının başladılmasına dair şəfaətçi olacaqdır. Bu, Peyğəmbərimiz Muhəmmədə xas olan şəfaətdir. Bu, ona vəd edilən “həmd olunan məqam”dır (Məqamul Məhmud).
2. Cənnətin qapılarının açılması üçün şəfaətçi olmaq: Qapıların açılmasını tələb edən birinci insan Peyğəmbərimiz Muhəmməd, oraya daxil olan birinci ümmət isə onun ümməti olacaqdır.
3. Cəhənnəmə düşmələri hökm olunan bir qrup insanların oraya düşməməsi üçün şəfaətçi olmaq.
4. Böyük günah edib, cəhənnəmə düşən tövhid əhlinin oradan çıxardılmaları üçün şəfaətçi olmaq.
5. Cənnət əhlindən bəzi insanların dərəcələrinin yüksəldilməsi üçün şəfaətçi olmaq. Axırıncı üç növ şəfaət Peyğəmbərimizə xas deyil, amma bu işlərdə o, birinci olacaqdır. Ondan sonra digər peyğəmbərlər, mələklər, salehlər və şəhidlər olacaqlar.
6. Bir dəstə insanın haqq-hesabsız cənnətə daxil olmaları üçün şəfaətçi olmaq.
7. Bəzi kafirlərin əzabının yüngülləşdirilməsi üçün şəfaətçi olmaq. Bu şəfaətlərdən əlavə uca Allah öz rəhməti ilə heç kəsin şəfaəti olmadan tövhid etiqadı ilə ölmüş sayını yalnız Özünün bildiyi qədər insanları cəhənnəmdən çıxarıb, rəhməti ilə cənnətə salacaqdır. 

Paylaş: