Xristian və yəhudilərə rəhmət oxumaq və onların qəbirlərini ziyarət etmək olarmı?

    07.06.2018
Sual: 
salam.size 2 sualim var.1xristian ve yehudilere rehmet oxuya bilerik?onlarin mezarina gede bilerik ve ya defninde istirak ede bilerik dua oxuya bilerik?2deyirler ki, peygember efendimiz xristian ve yehudilere yaziq gelmeyi qadagan edib,yeni onlara bir facie bas verse yazigimiz gelmemelidir gunaha girerik,ve eksine sevinmeliyik (mene bele deyibler),ama inana bilmirem, cunki bu islama sigmir.xahis edirem allah rizasi ucun etrafli izah edesiniz nece vaxtdi ozume gele bilmirem bu sozlerden.allah razi olsun.
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə qeyri-müsəlmanlar üçün Allahdan yalnız hidayət istəmək olar, rəhmət, bağışlanma diləmək və həmçinin də qəbirlərini ziyarət etmək isə olmaz. Uca Allah buyurur: "Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi". (ət-Tövbə, 113-114).

"Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər". (ət-Tövbə, 84).

"Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz". (ət-Tövbə, 80, əl-Munafiqun, 6).

Lakin onlara hidayət və haqqı qəbul etmələri üçün dua etmək bəyənilir. Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: "Anam müşrik idi və mən onu İslama dəvət edirdim. Bir gün onu (İslama) dəvət etdiyim zaman mənə Rəsulullah barədə sevmədiyim bir şey eşitdirdi. Mən ağlayaraq Peyğəmbərin (salləllahu aleyhi va əlihi va səlləm) yanına getdim və dedim: – Ya Rəsulullah, mən anamı İslama dəvət edirdim, lakin o məndən üz çevirirdi. Bu gün (yenə) dəvət etdim. Mənə Sənin barəndə sevmədiyim bir şey eşitdirdi. Allaha dua et, Əbu Hureyrənin anasına hidayət versin. Peyğəmbər dedi: Allahım, Əbu Hureyrənin anasına hidayət ver. Mən Peyğəmbərin duasına sevinərək çıxdım. O vaxt ki, gəlib qapıya çatdım, qapının bağlı olduğunu gördüm. Anam ayaqlarımın səsini eşidərək dedi: – Yerində dur, ey Əbu Hureyrə! Və mən suyun səsini eşitdim. (Anam) qüsl edərək paltarını geyinib şalını örtmədən qapını açdı. Sonra dedi: – Ey Əbu Hureyrə, şəhadət verirəm ki, Allahdan başqa (ibadət olunmağa haqqı olan məbud) ilah yoxdur və şəhadət verirəm ki, Məhəmməd onun qulu və elçisidir. Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin yanına gəldim və dedim: Ey Allahın elçisi, gözün aydın! Artıq Allah-təala Sənin duanı qəbul edərək Əbu Hureyrənin anasına hidayət verdi…". (Muslim, 2491).

Həmçinin Uca Allah kimlərə rəhmət edəcəyini Quranda bildirib: "Ey Rəbbim! ...... Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!" Allah dedi: "İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam". (əl-Əraf, 155-156).​​​​​​​

Həmçinin oxuyun: Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

Paylaş: