Gecə namazı necə qılınır?
Sual:
Salam aleykum. Gece namazi nece qilinir?
Cavab:
Salam aleykum. Gecə namazı (və ya təhəccüd namazı) fərz namazlarından sonra ən fəzilətli namaz sayılır. Gecə namazı ən çox on üç rükət qılınır. Bundan az da ola bilər. İki rükət, iki rükət qılınır (hər iki rükətdən sonra salam verilir), sonda 1 və ya 3 rükət vitr namazı qılınır. İstəyən yalnız vitr namazını qıla bilər. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki; Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: "İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin". (Səhih Muslim).
Gecə namazı İşa namazından sonra Sübh namazının vaxtına qədər qılmaq olar. Lakin ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan (Məğrib namazının girmə vaxtı) Sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissəni götürürsünüz. Həmçinin oxuyun: Gecənin son üçdə birinin hesablanmasınıa aid misal
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: "Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!" (Səhih əl-Buxari).
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə demişdir: "Allahın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı". (Səhih əl-Buxari).