Gecənin son üçdə birinin hesablanmasına aid misal
Sual:
Salam aleykum. Zəhmət olmasa gecənin son 3də 1-ini necə hesablayım mənə deyərdiz. Hesablayıram amma başım qarışır.. Alınmır heç cür. Məsələn məğrib 18:50də girir sübh isə 4:50də gecənin son 3də 1-i saat neçə olur?
Tezliklə cavablandırsanız sevinərdim.
Cavab:
Aleykum salam. Fərz edək ki, məğrib namazı saat 18:50-də, sübh namazı isə 4:50-də girir. Gecənin son üçdə birinin hesablanması üçün
- Bu iki namaz arasındakı müddəti hesablayırıq. Bizim misalda bu iki namaz arasında 10 saat var
- Alınmış müddəti üçə bölürük. 10 saatın üçdə biri 3 saat 20 dəqiqə edir.
- Sübh namazının vaxtından bu vaxtı çıxırıq. 4:50-dən 3 saat 20 dəqiqə çıxdıqda, 1:30 edir.
- Deməli, bizim misalda gecə namazının ən fəzilətli vaxtı 1:30-dan 4:50-yə qədər olan vaxtdır.
Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times
Həmçinin oxuyun: Gecə namazı necə qılınır?