Peyğəmbərə salavat gətirməyin fəzilətinə aid hədislər

    14.08.2014
Sual: 
Salamun Aleykum. Peygembere salavat getirmeyin fezileti ile bagli hec olmasa birce dene de olsa hedis yaza bilersinizmi?
Cavab: 

Aleykum salam. Əbu Talha (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna girdim. Mübarək üzündə sevinc əsəri vardı. "Ya Rəsulullah, sizi heç bir zaman bu qədər sevincli görməmişdim" dedim. "Necə olmayım ki, Cəbrayıl (aleyhi-s-sələm) indi yanımdan ayrıldı. Buyurdu ki, Ya Məhəmməd, ümmətindən sənə bir salavat gətirənə, Uca Allah on savab yazar, on günahını silər, on dərəcə yüksəldər və bir mələk ona, sənin üçün söylədiyi kimi söyləyər". "Ey Cəbrayıl, kimdir bu mələk." Dedim. Uca Allah sənə bir mələk vəzifələndirdi, yaradıldığından qiyamətdə qəbirdən qalxana qədər, ümmətindən sənə hər kim salavat göndərsə, ona, "Sənə də Allah rəhmət etsin."Deyər. Allahın rəhmətinin sonu yoxdur. Hansı mələyə uğrasa, Məhəmmədə salavat etdiyi kimi, siz də ona salavat edin deyər və Uca Allah, onun dediyi kimi, ona cavabı verər. Qiyamətdə də salavatlarınız mənə ərz olunurlar".
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həmçinin demişdir: "Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Adəm o gün yaradıldı, o gün vəfat etdi, Sura da o gün üfürüləcək, məxluqat o gün öləcək. Cümə günü mənə çox salavat gətirin, çünki sizin salavatınız mənə ərz olunur". Elə bu an deyildi ki, bəs sənin bədənin çürüdüyü halda, sənə nə cür ərz olunacaq? Peyğəmbər (salləllahu aleyhi və alə əlihi səlləm): "Əziz və cəlil olan Allah peyğəmbərlərin cəsədlərini torpağa haram qılıb", – dedi. (Əbu Davud, 1047).
"Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirər­sə, Qiyamət günü şəfaətim ona çatar". (Məcməuz-Zəvaid", 10/120).
"Kim mənim üçün bir dəfə salavat gətirsə, Allah bunun sayəsində ona on dəfə salavat gə­tirər!" (Muslim, 1/288).
"Qəbrimi bayram yerinə çevirməyin! Mənə sa­lavat gətirin. Əlbəttə, harada olsanız salavatı­nız mənə çatar!" (Əbu Davud, 2/218; Əhməd, 2/367).
"Xəsis o kəsdir ki, yanında xatırlandığım za­man mənə salavat gətirmir!" (ət-Tirmizi, 5/551).
"Doğrudan da, Allahın yer üzünü gəzib-dola­şan mələkləri vardır ki, ümmətimdən mənə sa­lam çatdırırlar!" (ən-Nəsəi; əl-Hakim, 2/421).
"Kim mənə salam versə, salamını almaq üçün Allah ruhumu mənə qaytarar!" (Əbu Davud, №: 2041).

Paylaş: