Nifasdan təmizləndikdən sonra qan gələrsə yaxınlıq etmək icazəlidir?
Sual:
Assalamu aleykum. Nifasdan temizlendikden sonra qan gelerse cinsi elaqe icazəlidir?
Cavab:
Və aleykum Salam. Nifas əsnasında qadınla yaxınlıq etmək haramdır. Nifasın ən çox müddəti qırx gündür. Nifas qanı qırx gün ərzində dayanrsa qadın qüsl aldıqdan sonra onunla yaxınlıq etmək icazəlidir. Əgər qan qırx gündən artıq gələrsə, bu halda qadın baxmalıdır. Əgər qırx gündən sonra gələn qanda heyz əlamətləri varsa, bu heyz qanı sayılır və bu halda yaxınlıq etmək qadağandır. Əgər heyz qanı əlaməti yoxdursa, bu halda qadın yuyunub namazlarını qılmalıdır və belə halda yaxınlıq etmək də icazəlidir. Ətraflı oxuyun: