Heyz və nifas səbəbi ilə haram olan əməllər

    10.03.2015

Dəstəmazsız şəxsə qadağan olan əməllər, heyzli və nifaslılara da qadağandır[1]. Bundan əlavə qadağan olunan əməllər bunlardır:

  1. Oruc tutmaq:

Qadın təmizlənəndən sonra orucunu qəza etməlidir. Muazə deyir ki, mən Aişədən (A.R.O.) belə bir sual soruşdum: «Nə üçün heyzli qadın orucu qəza edir, amma namazı isə qəza etmir?» Aişə dedi: «Peyğəmbərin (S.A.V.) vaxtında belə halda bizə orucu qəza etmək əmr olunurdu, namazın qəzası isə əmr olunmurdu»[2].

2. Cinsi yaxınlıq etmək:

 Uca Allah buyurur: «(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!»[3] Həmçinin Peyğəmbər (S.A.V.) demişdir ki, «Cinsi yaxınlıqdan savayı istədiynizi edin (yəni, istədiyiniz qaydada əylənin)»[4]

 
[1] «Hansı hallarda dəstəmaz almaq vacib sayılır» - fəslinə bax.
[2] Buxari: 1/ 421/ № 321. Müslim: 1/ 265/ № 335. Hədisin bu tərtibatı da ona məxsusdur. Tirmizi: 1/ 87/ № 130. Əbu Davud: 1/ 444/ № 259. İbn Macə: 1/ 207/ № 631.
[3] əl-Bəqərə: 222.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 527. Müslim: 1/ 246/ № 302. Əbu Davud: 1/ 439/ №255. Tirmizi: 4/ 282/ № 4060. İbn Macə: 1/ 211/ № 644.