Heyz və nifasla bağlı hökmlər
Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Onun çox və ya az miqdarı üçün şəriətdə heç bir məhdudiyyət yoxdur. Bu məsələ adətlə ölçülür.
Nifas, doğum səbəbi ilə axan qandır. Bu qanın ən çox müddəti qırx gündür.
Ummu Sələmə (A.R.O.) deyir ki, «Peyğəmbərin (S.A.V.) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar»[1].
Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın çimib təmizlənir. Əgər qanaxma qırx gündən çox davam etsə, qırx günün tamamında çimib təmizlənir.
[1] Həsənin Səhih. Səhih Sünən İbn Macə: № 530. Əbu Davud: 1/ 501/ № 307. Tirmizi: 1/ 92/ № 139. İbn Macə: 1/ 213/ № 648.