Heyzli qadına cinsi yaxınlıq edənin hökmü

    10.03.2015

İmam Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin şərhində (3/ 204) deyir:
«Əgər hər hansı müsəlman, heyzli qadınla cinsi yaxınlığın halal olduğunu etiqad edərsə artıq mürtəd olar, küfr edər. Kimsə bunun halal olduğunu etiqad etmədən edərsə hökmü belədir: Əgər o qadının heyzli olmasını unudubsa və ya bilməyibsə, yaxud haram olmasını eşitməyibsə, yaxud bu işə məcbur edilibsə, ona heç bir günah yazılmır və boynuna kəffarə düşmür. Əgər qadının heyzli olduğunu və belə vəziyyətdə qadına yaxınlıq etməyin haram olduğunu bildiyi halda, heç bir məcburiyyət olmadan qəsdən cinsi yaxınlıq edərsə böyük günah edər. İmam Şafii belə əməlin böyük günah olduğunu təsdiqləmişdir. Həmin insan tövbə etməlidir. Kəffarənin ona vacib edilməsi haqqında isə iki fikir mövcuddur...»
Mən isə deyirəm ki, həmin iki rəyin ən doğrusu kəffarənin vacib olmasıdır. Çünki İbn Abbas  (A.R.O.) heyzli qadınla cinsi yaxınlıq edənin kəffarəsi haqqında Peyğəmbərdən (S.A.V.) belə rəvayət edir: «O, bir və ya yarım dinar sədəqə etməlidir»[1].
Hədisdə deyilən kəffarə dəyərinin fərqli olması heyzin əvvəl və ya son vaxtlarına görədir. Demək, İbn Abbas demişdir ki, «əgər heyzin ilk vaxtlarında cinsi yaxınlıq edərsə bir dinar, axır vaxtlarında edərsə yarım dinar sədəqə verməlidir»[2].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 523. Əbu Davud: 1/ 445/ № 261. Nəsai: 1/ 153. İbn Macə: 1/ 210/ № 640.
[2] Hədis İbn Abbasın sözü kimi səhihdir (ərəb. Səhih Movquf). Səhih Sünən Əbu Davud: № 238. Əbu Davud: 1/ 249/ № 262.