Təyəmmüm etməyin qaydası

    10.03.2015

Ammar ibn Yasir (A.R.O.) deyir ki, bir dəfə mən cünub olmuşdum və su tapa bilmədiyim üçün torpağın üzərində yumbalanıb namaz qıldım. Sonra mən bu haqda Peyğəmbərə (S.A.V.) xəbər verdim və o, «belə etməyin kifayət edərdi deyib, əllərini yerə vurdu və sonra oraya üfürdü, sonra üzünə və əllərinə məsh etdi»[1].
 

Faydalı məlumat: Əslində təyəmmüm dəstəmazı əvəz edir və dəstəmazla edilməsi icazə verilən işləri təyəmmümlə də etmək olar. Həmçinin, dəstəmazda olduğu kimi, namazın vaxtı daxil olmamış təyəmmüm etmək və onunla istədiyin qədər namaz qılmaq olar.

 
[1] Buxari: 1/ 455/ № 347. Müslim: 1/ 280/ № 368. Əbu Davud: 1/ 514/ № 317. Nəsai: 1/ 166.