Divar ilə təyəmmüm etməyin icazəli olması
İbn Abbas deyir ki, mən və Peyğəmbərin (S.A.V.) yoldaşı Məymunənin köləsi Abdullah ibn Yəsar, Əbu Cuheym ibn əl-Haris ibn əs-Səmmət əl-Ənsarinin evinə daxil olduq və Əbu Cuheym dedi: «Peyğəmbər “Cəməl”[2] quyusu tərəfdən gəldikdə bir nəfər kişi onu görüb salam verdi. Peyğəmbər (S.A.V.) isə, ona bir cavab vermədən, divara tərəf gedərək ondan üzünə və əllərinə sürtdü (təyəmmüm etdi), sonra kişinin salamını qaytardı»[3].
[1] Burada divarın daş və ya palçıqdan, boyalanmış və ya boyalanmamış olması heç bir fərk kəsb etmir. Mənə bu haqda Şeyximiz Albani (Allah ona rəhmət etsin) fitva verərək demişdir: «...Rəbbin unudan deyildir» (Məryəm surəsi, 64). (Yəni, əgər bunun bir fərqi olsaydı o zaman Allah bu haqda bizə bir xəbər verərdi. Heç bir təfsilat yoxdursa demək elə belə də olmalıdır. Tərc.).
[2] Mədinə şəhəri yaxınlığında yerləşir.
[3] Buxari: 1/ 441/ № 337. Müslim: 1/ 281/ №369. Onun rəvayəti “Müəlləq” dir. Əbu Davud: 1/ 521/ № 325. Nəsai: 1/ 165.