Təyəmmümün şəriətdə təsdiqi
Uca Allah buyurur: «...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü və əllərinizi məsh edin)...»[1].
Peyğəmbər (S.A.V.) demişdir ki, «pak torpaq, müsəlmanın təmizləyicisidir. Hətta on il ərzində su tapmasa, yenə də torpaq onu əvəz edər»[2].