Namazları qəsdən qəza etməyin günahı nədir?

    02.07.2015
Sual: 
Salam aleykum namazi qesden qezaya vermeyin gunahi nedir?
Cavab: 
Və aleykum Salam. Heç vaxt namaz qılmamaq və ya namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. Ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar". (Məryəm, 59-60).

İbn Məsud (Allah ondan razı olsun) bu ayənin təfsirində demişdir: "Namazı tamamilə tərk etdilər deyil, vaxtında qılmadılar, qəzaya buraxdılar".
Həmçinin, Uca Allah buyurur: "Vay halına namaz qılanların,  O şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Məun, 4-5).
Burada da Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı vaxtında qılmayanların nəzərdə tutulduğunu bildirmişdir.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Əsr namazını buraxan adam ailəsini və malını itirmiş kimidir". (əl-Buxari, 552).
Digər hədisdə buyurur: "Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar". (əl-Buxari, 553).
Həmçinin buyurmuşdur: "Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsəi 1/232; Əbu Dəvud, 864).
Həmçinin, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Namaza əhəmiyyət verməyənlər qiyamət günü Qaruna, Firona, Həmənə və Ubeyy ibn Xələfə yoldaş olacaqlar". (Əhməd, ət-Tabərani; İbn Hibbən).
Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar isə səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. Daha ətraflı:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Namazları qəzaya saxlamaq günahdır?
Teqlər: 
Paylaş: