Namazları qəzaya saxlamaq günahdır?

    18.01.2014
Sual: 
Salam aleykum. Uch (3) ayliq korpem var. O aglagan olduguna gore her namaza, esasende Zohr ve Esr namazlarina gecikirem. Yaxudda qezaya saxlamali oluram. Bu gunahdirmi?
Cavab: 

Aleykum salam. Namaz Allahın öz bəndələrinə fərz (vacib) buyurduğu bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Müsəlmanın üzərinə düşən vacib vəzifə namazı vaxtında qılmaq və onu namazdan yayındıracaq hər hansı bir şeyə yol verməməkdir. Onun əlində olmayan fövqəladə, təxirəsalınmaz hadisələrin baş verməsi (zərurət halı) bundan istisnadır. Bura aiddir: boğulmaqda olan bir kəsi xilas etmək və yaxud yanmaqda olan evdən insanları xilas etmək və ya hücum edəcəyindən qorxulan düşmənin həmləsinin qarşısını almaq və sairə buna bənzər hallar. Bu və buna oxşar hallarda namazın vaxtı çıxsa belə gecikdirməkdə bir xəta yoxdur. Lakin heç bir təhlükənin olmadığı adi məsələlərdə, onlara görə namazı gecikdirmək icazəli deyil. 

Teqlər: 
Paylaş: