Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

    02.01.2015
Sual: 
Salam aleykum.Bir nefer var Quraninin tercumesini oxumaq isteyir. Hemin tercume olunmuw Quranda erebcede yazilib.Hemin adam Quranin tercumesi oxumag ucun destamaz almalidirmi? Cunki hemin Quranda erebcede yazilib.Cox xaiw edirem sualimi tez cavablandirasiniz. Evvelceden tewekkurler.Allah razi olsun.Salam aleykum.
Cavab: 

Aleykum salam. Qurani Kərimi (ərəbcə) dəstəmazsız oxumaq icazələdir. Dəstəmazlı oxumaq isə bəyənilən əməldir. Qüsl olmadan isə oxumaqdan çəkinmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın və cənabətli olan kimsə Qurandan bir şey oxuya bilməz". (ət-Tirmizi "Təharət", 98). Bundan əlavə Əli ibn Əbu Talb (Allah ondan razı olsun) belə demişdir: "Cənabətli olmaqdan başqa heç bir amil Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) Quran oxumaqdan çəkindirə bilməzdi". (Əbu Davud "Təharət", 90). Qeyd edək ki, heyzli qadına kitabı əlinə almadan əzbər oxumağa icazə verilir, bu, onun əzbər bildiklərini unutmaması üçündür. Heyzli qadın həmçinin telefondan və kompüterdən də Quranı oxuya bilər, çünki bu cihazlar Quran kitabı ilə (mushaf) eyni hökmdə deyil, orada yazılar qalıcı deyil.
Mənaca tərcümə isə Quran sayılmadığından, onu həm dəstəmazsız, həm də qüsulsuz oxumaq olar. İçərisində həm ərəbcə, həm də Azərbaycanca yazılan kitablar da eyni hökmdədir.

Paylaş: