Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?
Sual:
Assalamualeykum. Yeni dogulan korpelere tetbiq edilen sunnetler haqqda melumat verə bilərdiz?
Cavab:
Aleykum salam.
1) Uşaq üçün təhnik (xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır) və dua etmək müstəhəbdir (bəyəniləndir). Əbu Musa (Allah ondan razı olsun) belə deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına apardım. O, uşağa İbrahim adını qoydu. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət dilədi və sonra uşağı mənə qaytardı”. Bu uşaq Əbu Musanın böyük uşağı idi". (əl-Buxari, 5150; Muslim, 2145).
2) Birinci və yaxud yeddinci gün uşağa ad qoymaq. Yeddinci gündə uşağa ad vermək müstəhəbdir. Ad vermək hüququ, ilk olaraq ataya məxsusdur. Valideynlərin, gözəl ad seçmələri, xeyirli bir övlad yetişdirmə yolunda ilk ən böyük addınlardan biridir. Peyğəmbərimiz (Ona Salam olsun) demişdir: “Siz Qiyamət günü adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız, ona görə də adlarınızı gözəl edin!” (Əbu Davud, 4948). Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: "Bu gecə mənim oğlum oldu və ona atam İbrahimin adını qoydum". (Muslim, 3126).
Aişənin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: "Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Həsən və Hüseyin (Allah onların hər ikisindən də razı olsun) üçün yeddinci gün "əqiq" etdi və onlara ad qoydu". (İbn Hibban, 12/127; əl-Hakim, 4/264).

Allaha xas olan adlar və ya mənaları pis olan digər adlar istisna olmaqla, istənilən adı qoymaq icazəlidir. Peyğəmbərlərin, səhabələrin, saleh insanların adlarını və ya digər gözəl mənalı adları qoymaq, ən gözəlidir.
3) Əqiq qurbanı kəsmək. Övladı olan insanın imkan daxilində əqiq qurbanı kəsməsi vacibdir. Abdullah bin Bureydə deyir: “Atamı belə deyərkən eşitdim: Cahillikdə bizdən birimizin oğlu olduqda bir qoyun kəsib, onun qanını uşağın başına sürtərdik. Allah İslamı göndərdikdən sonra bir qoyun kəsərdik, uşağın başını qırxardıq və ona zəfəran sürtərdik”. (Əbu Davud, 2843).
Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir.Peyğəmbər demişdir: “Oğlan uşağı üçün eyni bərabərdə iki qoyun, qız uşağı üçün isə bir qoyun (əqiq qurbanı) vardır”. (İbn Məcə, 3162). Salman ibn Amir əd-Dabbiyə (Allah ondan razı olsun) istinadən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğu bildirilir: "Doğulmuş uşaqla yanaşı "əqiqi" var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (ət-Tirmizi, 1515; İbn Məcəh: 2/1056, №: 3163-3164).
Samura ibn Cundubun (Allah ondan razı olsun) xəbər verir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə dedi: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (ət-Tirmizi, 1522; ən-Nəsəi, 4220; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/385) səhihləşdirmişdir).

Əqiq qurbanı, atanın üzərinə düşən müstəhəb (bəyənilən) bir əməldir və qurbanlıqda mövcud olan şərtlər əqiqə də aiddir. Ən yaxşısı isə, yeddinci gündə kəsməkdir (öncə də icazəlidir). Qurbanlıq üçün kəsilən heyvanları əqiq də kəsmək olar. Lakin sünnədə əqiq üçün qoyun kəsmək buyurulduğu üçün qoyu kəsmək daha yaxşıdır. Heyvan qüsursuz olmalıdır. Qoyunda altı aydan kiçik, keçidə bir yaşdan kiçik, inəkdə iki yaşdan kiçik, dəvədə isə beş yaşdan kiçik olanı əqiqə kimi kəsmək olmaz. Alimlərin əksəriyyətinə görə həmin ətlə istədiyi kimi davrana bilər, diləsə ev əhli yeyər, diləsə ondan bir hissəsini sədəqə kimi paylayar. Həmçinin, ola bilsin ki, əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın "vəlimə" (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.
4) Sünnət etdirmək. "Fitri sünnətlərdəndir". Oğlan uşaqlarını sünnət etdirmək vacibdir. Çünki bu təmizlikdir. Təmizlik isə öz növbəsində namazın şərtlərindən biridir. Əbu Hureyradan (radıyəllahu anhu) rəvayət edilir: "Beş şey fitrətdən sayılır: 1. Xitan (sünnət etdirmək); 2. Ayıb yerləri qırxmaq; 3. Qoltuğaltı tüklərini götürmək; 4. Dırnaqları tutmaq; 5. Bığları qısaltmaq". (əl-Buxari, 18/245, №: 5439-5550; Muslim, 2/67, №: 257-377).
5) Yeni doğulan uşaqla bağlı sünnətlər arasında alimlər həmçinin azan verməyi də qeyd edirlər. Azan körpənin sağ qulağına oxunur. Məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlmə Tövhid kəlməsi olsun. Peyğəmbərimizin qızı Fatimə, Həsəni dünyaya gətirərkən, Allahın Elçisi (salləllahu aleyhi və səlləm) onun qulağına namazın azanı ilə azan oxumuşdur. (Əbu Davud, 5105, ət-Tirmizi, 1514).
6) Körpənin başını qırxaraq başını zəfəranla yağlamaq olduqca faydalıdır. Bu əməl vacib deyil, savabı bol olan və tibbi cəhətdən də tövsiyə edilən gözəl bir əməldir.
7) Daha sonra isə saçının ağırlığı çəkisində qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil. Rəvayətə görə, Peyğəmbərimizin qızı Fatimə – Həsən, Hüseyn, Zeynəb və Ummu Kulsumun saçını çəkmiş və onun çəkisi qədər gümüşü sədəqə vermişdir. (Malik, 2/501). Bunu, doğumdan sonra, yeddinci gündə etmək daha yaxşıdır. Qeyd etmək lazımdır ki, bu işi ehtiyatla görmək, (əgər təcrübəsi olmayan şəxsdirsə) uşağı zədələməkdən ehtiyat etmək lazımdır.