Məcburən verilən talaq sayılırmı?
Sual:
Əssəlamu ələykum mən bir bacının sualını sizə çatdirmaq istəyirəm. Bu bacının artıq 2 talaği olub. Son zamanda o həddə çatıb ki nəfsinə uyub o derece çatdı ki bıçaği qarnına dirəyib zorla talaq aldırdı. Yoldaşı qorxub 3 CÜ talaq verib. Bu talaq qorxu altında olub amma 3, CÜ talaqdir. Bu talaq keçərli olurmu?
Birdə 3, cu talaqda iddet varmı?
Cavab:
Və aleykum Salam. Sualda qeyd edilən hal məcburən verilmiş talaq olduğu üçün bu talaq sayılmır. Allahın Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Şübhəsiz ki, Allah mənim ümmətimdən səhv və unutqanlıqla edilənləri, habelə məcburən edilənləri bağışlamışdır" (İbn Məcə, 2043). İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: "Məcburən verilən talaq sayılmır". (Əl-Beyhəqi "Sünənül-Kubra", 15499). Həmçinin oxuyun:
Üçüncü talaqdan sonra qadın ərə getmək üçün üç heyz müddətini - iddə müddətini gözləməlidir. Ətraflı oxuyun: