İddənin müddəti nə qədərdir?

    16.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Idde muddeti 4 ay 10 gundurmu?Birde sehven size sual vererken Peyqemberimizin(sallallahu aleyhi ve sellem)iki qizi ile Omer ibni Xattabin evlendiyini demishdim,uzr isteyirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İddə - ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə deyilir. Boşanmış qadınlar üçün iddənin (gözləmə) müddəti 3 ay (yəni, üç dəfə heyz olma), əri ölən qadınlar üçün isə 4 ay 10 gündür. Boşanmış hamilə qadının gözləmə müddəti isə hamiləliyinin başa çatması ilə sona çatır. Uca Allah buyurur: "Boşanan qadınlar üç dəfə heyz (aybaşı) görüb təmizlənincəyə qədər – başqa ərə getməyib gözləməlidirlər". (əl-Bəqərə, 228).
"Heyzdən kəsilənlər haqqında şübhəyə qapılsanız, onların iddələri 3 aydır. Heyz görməyənlər də belədir. Hamilələrin müddətləri azad olmaqla başa çatır. Kim Allahdan çəkinsə, Allah onun işində bir asanlıq yaradır". (ət-Talaq, 4).

"Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün başqa ərə getməyib özlərini gözləməlidirlər". (əl-Bəqərə, 234).
Ailə qurub arada cinsi əlaqə olmadan boşanan qadın isə iddə müddəti gözləmir: "Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur". (əl-Əhzab, 49).

Teqlər: 
Paylaş: