Firqə nədir? "Ümmətim yetmiş iki firqəyə ayrılacaq" hədisinin mənası nədir?
Və aleykum Salam. Bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həqiqətən, sizdən əvvəlki iki Kitab əhli (yəhudilər və xaçpərəstlər) dinlərində yetmiş iki firqəyə bölünmüşdülər. Vaxt gələcək bu ümmət yetmiş üç firqəyə bölünəcək. Bu firqələrdən biri istisna olmaqla yerdə qalanı Cəhənnəmə düşəcək. İstisna olan firqə camaatdır. (İmam Əhməd, 16979, 17061; əl-Hakim, 443). Hədisin başqa bir rəvayətində: "Cənnətə düşən firqə hansıdır, ey Allahın Elçisi?" - deyə soruşulduqda, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə cavab vermişdir: "Bu gün mənim səhabələrimin getdiyi yolla gedənlərdir" (ət-Tirmizi, 2641, 2853).
"Firqə" sözünün lüğəvi mənası ərəb dilində "ayrılmaq", "bölünmək" və ya "qruplaşmaq" deməkdir. Dini kontekstdə isə "firqə" dedikdə müəyyən əqidə ətrafında birləşən, digər müsəlman qruplardan fərqli yanaşmaları olan qrup və ya təriqətə deyilir. Bu, əsasən müxtəlif əqidə fərqlərindən qaynaqlanan qruplara aiddir.
Hədisin mənasına gəlincə, hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) İslam ümmətinin yetmiş üç firqəyə ayrılacağını bildirmişdir. Bu firqələrdən yalnız biri doğru yolda olacaq və qurtuluşa nail olacaq. O firqə "camaat" olaraq adlandırılır. "Camaat" dedikdə, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə (yoluna) və onunla birlikdə olan səhabələrin yoluna bağlı olan müsəlmanlar nəzərdə tutulur. Yəni İslamın əsaslarına sadiq qalan müsəlmanlar qurtuluşa nail olacaqlar. Firqələrin yaranmasının əsas səbəbləri barədə ətraflı oxuyun:
Müsəlmanların parçalanmalarının səbəbi nədir?
Həmçinin oxuyun: