Məzhəb və firqə nə deməkdir?
Sual:
Salam.Size 1 nece suallarim olacaq. 1."Mehzeb"sözünün menasi nedir? 2."Mehzeb"secmek vacibmi? 3.Siz "selefi"mezhebindensinizmi? 4."Etikaf"ne demekdir? 5."Firqe" ne demekdir? TESEKKÜR EDIREM!
Cavab:
Va aleykum Salam.
1. Məzhəb ərəb mənşəli söz olub mənası "gedilən, təqib edilən yol" deməkdir.
2. Bu cavabları oxuyun:
3. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır. Həmçinin oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?
4. Bu cavabı oxuyun: İslam fiqhi: Etikaf
5. Firqə sözü də ərəb mənşəli söz olub mənası islamda dini əqidəyə görə xüsusi mövqeyə malik olan qrup, dəstə, cərəyan, partiya və s. deməkdir. Ancaq əslində isə İslamda firqələrə bölünmək qəbul edilmir. Bu barədə Quranda da kifayət qədər ayələr var. Uca Allah buyurur:
"...Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın...!" (əş-Şura, 13).
"Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar". (əl-Ənbiya, 93).
"Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir". (əl-Ənam, 159).
"Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz". (əl-Ənam, 153).
Həmçinin oxuyun:
Həmçinin oxuyun: