Rəbbani alimlər nə deməkdir?

    28.06.2014
Kimdən: 
Mikayıl
Sual: 
Salam Aleykum Va Rahmatullah. Rabbine alimler ne demekdir?
Cavab: 
Aleykum-s-sələm va rahmatullahi va bərakətuhu. Rəbbani alimlər o kəslərdir ki, elmləri çox və Allaha itaətləri başqaları ilə müqayisədə daha artıqdır. Bu insanlar başqalarını tərbiyə edir və onlara Allaha itaət yollarını tanıdırlar: "Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar". (Fatir, 28).
"...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiya, 7).

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Alimlər peyğəmbərlərin varisləridir". (ət-Tirmizi; Əbu Davud; İbn Macəh; İmam Əhməd).
Digər bir rəvayətdə isə belə buyurulur: "Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısı əməli saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər". Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: "Fəqihlər (Allahdan ən çox qorxan alimlər) və əmr sahibləri".
Paylaş: