İctihad niyə bağlıdır, hansı səbəbə görə və kim bağlayıb?

    13.10.2014
Sual: 
salam wielerde seriet hokmlerni muctehidler ictihad eliyib cixarirlar ama bizde ehli sunnede de ictihad aparirlar men ewitmisemki ictihad bizde baglidi ne sebebe kim bagliyib??
Cavab: 

Aleykum salam. İslamda ictihad bağlı deyil. İslami bir termin kimi ictihad -- bir alimin Quran və Sünnədə birbaşa dəlil olmayan bir məsələdə öz biliyindən istifadə edərək hökm çıxarmasıdır. Amma Quran və Sünnədə dəlil olan şeydə ictihad etmək haramdır. İctihad edən alim və ya qazi müctəhid sayılır. Muaz ibn Cəbəlin (Allah ondan razı olsun) rəvayətinə əsasən peyğəmbərimiz onu Yəmənə göndərdiyi zaman aralarında belə bir söhbət olmuşdu: "Ey Muaz! Orada nə ilə hökm edəcəksən? Muaz: Allah Təalanın kitabında olanla. Rəsulullah: Əgər sən onu Allahın kitabında tapmasan, bəs onda necə? Muaz: Rəsulullahın hökm etdiyi ilə hökm edərəm. Rəsulullah: Onu Rəsulullahın hökm etdiyində də tapa bilməsən nə edərsən? Muaz: Öz rəyimlə ictihad edərəm. Rəsulullah (salləllahu aleyhi və səlləm) bunun ardından belə buyurdu: "Rəsulunun məmurunu müvəffəq edən Allaha həmd olsun". (ət-Tirmizi; Əbu Davud; əd-Darimi).
Peyğəmbərimizin Muazdan axtardığı hökmü Quran və hədislərdə tapa bilməyəcəyi təqdirdə nə edəcəyini soruşması onu göstərir ki, elə məsələlər ola bilər ki, onların  bu iki mənbədə birbaşa dəlili olmasın. Hədisin axırında da bildirilir ki, bu məsələdə edilməli olan şey ictihaddır. 
Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Əgər hakim hökm verərkən ictihad (daha düzgün qərar verməyə cəhd) edib doğru qərar çıxararsa iki savab, yox əgər ictihad edib sonra səhv edərsə bir savab qazanar". (əl-Buxari). Həmçinin oxuyun: Rəbbani alimlər nə deməkdir?

Paylaş: