Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var

    04.02.2014
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Mən namaz qılmaq istəyirəm amma içimdə biraz narahçılıq var. Məmim ağlıma belə fikirlər gəlir, namazı haçansa ata bilərəm, bundan qorxuduğum üçün namaz qıla bilmirəm. Bu Şeytan əməli ola bilərmi?
Cavab: 

Aleykum salam. Bəli, belə fikirlər şeytanın vəsvəsələrindən sayılır. Ona görə də vəsvəsələrə fikir verməyərək tezliklə namaza başlayın. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə və ya arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın gizlicə təlqin etdiyi vəsvəsəsini yoxa çıxarar. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (əl-Həcc, 52). 
Siz namaza başlayın ki, Uca Allah namaz vasitəsi ilə sizi o vəsəvələrədn və digər günahlardan inşallah uzaqlaşdırsın: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (əl-Ənkəbut, 45).
Uca Allah insanları imana və bağışlanmaya çağırır. Açıq-aşkar düşmən olan şeytan isə öz vəsvəsələriylə onun əksinə dəvət edir: "Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". (İbrahim,10).
"...Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar...". (əl-Bəqərə, 221).
"Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır". (Fatir, 6).
"(Şeytan deyəcək) ... Əslində, mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa çağırdım), siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allaha şərik qoşmanızı da inkar etmişdim”. Həqiqətən, zalımları şiddətli əzab gözləyir...". (İbrahim, 22).

 

Teqlər: 
Paylaş: