Xəstəlik səbəbindən sidiyini saxlaya bilməyən adam coraba məsh çəkə bilərmi?
Sual:
Salam aleykum qardaş mende sidiy qacirmaq problemi var destamaz alandada cixir uzurlu oldugmu bilirem bes mes meselesinde nece ede bilerem? Destamaz alib qelib corablarmi geyinmeye catdira bilmirem destazmaz o deyge pozulur men gelen namaz vaxdina corabima mes ceke bilerem? Yoxsa corablarmi cixarmaliyam? Biliremki ayaqda corab olanda destamaz pozulsa mes pozulmur ama mende belediki corablari geyinmeye catdira bilmirem destamazim pozulur gelen namaza kimi mes ceke bilerem yoxsa soyunmaliyam? Ozumun saqlamliqi problemli oldugu ucun menim cun problemlidi corabi her defe cixarmaq haiş edirem bu haqqda nese bilirsizse Allah rizasi ucun menim suvalim tez cevablandirardiz.
Cavab:
Və aleykum Salam. Uca Allahdan sizə şəfa diləyirik!
Sidiyini saxlaya bilməyən kəs namazın vaxtı girdikdə dəstəmaz alır, bundan sonra imkan daxilində dəstəmazdan sonra dərhal, sidik çıxmamış corabları geyinməyə çalışmalıdır. Əgər sidik çıxmamış corabları geyinməyə imkan edə bilmirsə, o halda üzürlü sayılır. Corabı geyindikdən sonra adi qaydada evdə olarkən bir sutka ərzində, səfərdə olarkən üç sutka ərzində üzərinə məsh çəkə bilər. Həmçinin oxuyun: