Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Sual:
Salam aleykum. Menim bacim namaz qilarken destamazi defelerle pozulur ve o her namazi en azi 5-6 ve bezen de daha chox defeye destemaz almaqla qilib qurtarirdi. Indi bir muddetdir ki, bu chetinliye gore namaz qilmir. Ola bilermi ki, sheytan onu aldatsin sadece? Chunki men inanmiram ki, bir namaz bu qeder pozula bilsin, ama o emindi ki, destemazi pozulur. Lutfen bir yol gosterin ki, o yeniden namaza bashlasin. Chunki o ozu de bunu chox isteyir. Evvelceden teshekkur.
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bağırsaqdan tez-tez yel çıxma ilə bağlı xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir. Bu zaman hətta yel çıxsa belə, fikir verməyərək namazını qıla bilər. Həmçinin xəstəlik olmayan hal haqqında hədisdə deyilir Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!" (əl-Buxari, 137). Ona görə də, bacınız əsla namazı tərk etməsin, bu böyük günahdır.