Xəstəlik səbəbindən sidiyini saxlaya bilməyən adam necə namaz qılmalıdır?

    17.07.2019
Sual: 
Salam .Mende prablem var.Üzür isdeyirem desdemaz alandan 10deyqe 5 deyqe sora yene tualetim gelir.Bu Namazi batil edirmi.?Yeni gün erxinde 20 30defe tualete gedirem Namaz vaxdinada düsür bu Namazi batil edirmi.Bezen Üreyimle bacarmiram Namazi yarida saxlayib gedib tezeden desdamaz aliram
Cavab: 
Və aleykum Salam. Sidik və ya yel saxlaya bilməmək kimi problemi olan insan üzrlü sayılır. Belə xəstəliyi olan insan namazın vaxtı girdikdə bir dəfə dəstəmaz alır və növbəti namaz girənə qədər fərz və nafilə namazlarını qılır. Bu vaxt (bir namazdan digər namaza kimi olan müddət) ərzində ondan gələn sidik və ya çıxan yel dəstəmazı pozmur. Hətta namaz əsanasında nəsə gəlsə də belə, fikir verməyərək namazını qıla bilər. Çünki bu zərurətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ya Rəsulullah! Məndən davamlı olaraq qan gəlir deyə mən heç cür tə­miz ola bilmirəm. (Bu səbəbdən) namazı buraxa bilərəmmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Xeyr, bu heyz deyildir, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə na­ma­zı burax. Heyz (vaxtı) başa çatdıqda isə qüsl et, sonra namaz qıl". Peyğəmbər dedi: "(Növbəti heyz) vaxtı gəlincəyə qədər hər bir namaz üçün dəstəmaz al". (əl-Buxari, 228).
Şeytan bu cür hallardan istifadə edərək insanı namazdan yayındırmağa çalışır, əsla namazı tərk etməyin və imanınızı artırın. Allahdan sizə şəfa və dində sabitlik diləyirik. Daha ətraflı:
Paylaş: