Bağırsağımda problem var, namaz vaxtı yel çıxarsa, yenidən qılmalıyammı?

    16.11.2014
Kimdən: 
ayan
Sual: 
namaz vahti gaflatan yel cihsa namaz batildirmi ve menim od kisem yohtur biraz bagirsaxta problem var diya bu meselada ne edim men namaz eniden gilinmalidir?
Cavab: 

Salam aleykum. Belə xəstəlik olduqda üzrlü sayılırsınız, dəstəmaz alaraq namazınızı qılın və namaz vaxtı yel çıxarsa fikir verməyin. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bağırsaqdan tez-tez yel çıxma ilə bağlı xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən 1 dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir. Bu zaman hətta yel çıxsa belə, fikir verməyərək namazını qıla bilər. Həmçinin, xəstəlik olmayan hal haqqında da buyurmuşdur: Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Pey­ğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137).

Teqlər: 
Paylaş: