Namazdan sonra təsbeh çəkmək olar?

    16.01.2014
Sual: 
Salam aleykum. Namazdan sonra tesbeh cekmek vacibdirmi?
Cavab: 

Və aleykum Salam. Namazdan sonra təsbehə ehtiyac yoxdur. Təsbeh Peyğəmbərin (salləllahu aleyhi va səlləm) dövründə olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünün etmədiyi və buyurmadığı bir əməldir. Abdullah ibn Amr adlı bir səhabə (Allah onlardan razı olsun) demişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm". (Əbu Dəvud, 1504). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ey qadınlar topluluğu! Barmaqlarınınzın (buğumları) ilə zikr edin. Həqiqətən, onlar danışdırılacaqlar və soruşulacaqlar". (ət-Tirmizi, 3486). Digər rəvayətdə isə belə deyilir: "Təkbir, Təqdis, Təsbih və Təhlil etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin. Həqiqətən onlar (əzalar) danışdırılacaqlar və soruşulacaqlar". (Əbu Dəvud, 1501).

Teqlər: 
Paylaş: