Haqsızlığa məruz qalan insan haqqını halal etməyə bilərmi?
Sual:
Salam,biri var ümid verib ortada qoyub,nankorluk edib,hörmətsizlik edib,yalan danışıb.Haqqımı halal etmək isdəmirəm,sizcə nə edim?
Cavab:
Və aleykum Salam. Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir. Lakin Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199). Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Səhih Muslim, 2588). Ətraflı bu cavabı oxuyun:
Bir qadına, onunla evlənəcəyinə dair söz verdikdən sonra ondan dönmək olarmı?
Doğru danışmaq haqqında