Ayaq üstə su içmək olarmı?
Aleykum salam. Ayaq üstə su içmək bəyənilmir. İmkan daxilində oturaq halda için. Ənəs ibn Malik (Allah ondan razı olsun) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ayaq üstə su içməyi xoş qarşılmadığını nəql edir. Hədisi Ənəs ibn Malikdən (Allah ondan razı olsun) eşidib nəql edən Qatadə (Allah ondan razı olsun) deyir: "Biz Ənəsdən (Allah ondan razıolsun) "Bəs ayaq üstə yemək yemək necə?” deyə soruşduq. O da: "Ayaq üstə yemək daha pisdir", − cavabını verdi. (Muslim "Əşribə", 113; ət-Tirmizi "Əşribə", 11).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) nəql etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ayaq üstə su içməyi qadağan etmişdir. (Səhih Muslim, 5396).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər ayaq üstə su içən kimsə mədəsinə verdiyi zərəri bilsəydi içdiyi suyu şübhəsiz ki, geri qusardı". (Abdurrazzaq "əl-Musannəf" əsəri, 10/427, №: 19588).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ayaq üstə yalnız zəmzəm suyunu içərdi. Abdullah ibn Abbas (Allah ondan razı olsun) nəql edir: "Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) zəmzəm suyu verdim. Ayaq üstə içdi". (əl-Buxari "Həcc", 76, "Əşribə", 76; Muslim "Əşribə", 117-119; ən-Nəsai "Mənasik", 166; İbn Məcəh "Əşribə", 21).