Qadının makiyajdan istifadə etməsi Allahın yaratdığına müdaxilə sayılırmı?

    12.02.2026
Sual: 
es salamu aleikum. Evdə makiyaj hansı hallarda caizdir? Məsələn əgər mən qaş qələmi ilə qaşın formasını, dodaq qələmi ilə dodağın formasını bir qədər dəyişirəmsə bu Allahın yaratdığına müdaxilə sayılır? Çünki qısa müddətə də olsa kipriyin, qaşın, dodağın görünüşü dəyişilir.
Cavab: 

Və aleykum Salam. Allahın yaratdığını qalıcı şəkildə dəyişmək haramdır, lakin müvəqqəti bəzənmə bu qadağaya daxil deyil. Qadın evdə, yalnız əri üçün makiyaj edə bilər, ailə münasibətlərini gözəlləşdirdiyi üçün bu əməl bəyəniləndir. Qadın qaşı yolmadan, dərini kəsmədən, qalıcı dəyişiklik etmədən sadəcə görünüşü müvəqqəti olaraq dəyişmək "Allahın yaratdığına müdaxilə" sayılmır. Əgər dəyişiklik qalıcı deyilsə, yuyulmaqla və ya silinməklə yox olursa, yaradılışın özünə toxunulmur, sadəcə üzərini örtürsə, bu bəzənmə icazəlidir. Yad kişilərin qarşısında isə heç bir halda qadının bəzənməsi icazəli deyil. Həmçinin oxuyun:

Hicablı qadın makiyajdan istifadə edə bilərmi? 

Teqlər: 
Paylaş: