Bazara daxil olarkən oxunan dua

    15.04.2015

Səlim ibn Abdullah ibn Ömər atasından, o da babasından (A.R.O.) rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Kim bazara daxil olarkən bu duanı:
«Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk va ləhu-l-həmd, yuhyi va yumit va huva hayyun lə yəmutu biyədihi-l-xeyru kulluhu va huva alə kulli şeyin qadir.» «Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, tək və şəriksizdir, mülk və həmd Onundur, O, həyat Verəndir və Alandır, O, diridir, ölmür. Bütün xeyir Onun əlindədir, O, hər şeyə qadirdir» – deyərsə, Allah onun üçün milyon savab yazar, milyon günahını silər və onun üçün cənnətdə ev tikər».[1]

 
[1] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1817. İbn Macə: 2/ 752/ № 2235.