14-11-2024
Salam. Qurani Kerimde Sükunet ayetleri hansılardır? Allah razı olsun
Cavab:

Va aleykum Salam. Əgər "sükunət" dedikdə "təskinlik tapmaq, qəlb rahatlığı tapmaq" nəzərdə tutursunuzsa, Quranın bütün ayələri qəlbə rahatlıq verir və qəlblərə şəfadır.

ardını oxu
14-11-2024
Salam Aleykum mən namaza başlamışam qaydalarına öyrəşmək istədiyim üçün telefonu qarşıma qoyub qaydalarına baxaraq qılıram təbiikidə müvəqqəti edirəm bunu ,bəs bunu etmək sayılır?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
14-11-2024 Rəvan
İnsan 2 defe dunyaya gele bilermi?
Cavab:

Əssələmu aleykum. Xeyr, hər insan dünyaya yalnız bir dəfə gəlir. Həmçinin oxuyun:


Ruhun bir insan öləndən sonra başqasına keçidi düzdür?
ardını oxu
14-11-2024
Salam aleykum.Menim size sualım var.Gözelleşmek üçüm üz hereketleri,meşqi etmek(jawline) icazelidirmi???
Cavab:

Və aleykum Salam. Əgər söhbət sadəcə üz hərəkətlərindən gedirsə, tibb elminin və təcrübənin bunu təsdiqlədiyi, habelə insana heç bir zərəri olmadığı təqdirdə bu icazəlidir. Əgər üz nahiyəsinə dolğu vurmaqla üz formasını dəyişməkdirsə, bu qadağandır. Çünki bu Allahın yaratdığını dəyişmək sayılır.

ardını oxu
14-11-2024 Abdullah
Əssələmu aleykum və rahmətullah Uca Allah isra surəsində namazını orta dəslə qıl dediyi halda biz nə üçün zöhr və əsr nmazlarını səssiz qılırıq? بارك الله فيكم وجزاكم الله خيرا.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
13-11-2024
Salam.Uzr isdiyirem,mrn istimna etmisem ve ardince heyz oldugum ucun qusl ala bilmrmisem.Bu halda sesli Quran dinleye bilerem?
Cavab:

Və aleykum Salam. İstimna etmək günahdır, bu əməlinizə görə tövbə edin və Allahdan bağışlanma diləyin. Ətraflı oxuyun:

ardını oxu
13-11-2024 Elvin Məhəmmədov
Salam aleykum. Şekile benzer palazlarda namaz qılmaq icazelidir mı?. Palazlarda şekil olmasada şekile benzer şeyler var
Cavab:

Və aleykum Salam. Əgər çəkil aydın deyilsə, sadəcə oxşayırsa, bu şəkil sayılmır. Odur ki belə palazların üzərində namaz qılmaq icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
13-11-2024
Salam Aleykum. Bir sualım var idi men bir müddet evvel bir sehv etmemek üçün demişdimki bu sehvi etsem qismetim bağlansın evlene bilmeyim ve sonrasında o sehvi etdim ne etmeliyem çox narahatam.
Cavab:

Və aleykum Salam. Səhv və ya günah etdikdə, tövbə edib Uca Allahdan bağışlanma diləmək lazımdır. Bu şəkildə demək isə özü-özünə bəddua etmək sayılır. İnsan özünə bəddua etməkdən çəkinməlidir. Əksinə, daim Allahdan xeyir istəməli və xeyirli dualar etməlidir.

ardını oxu
13-11-2024 Xanım
Üzürlü sayın sualım üçün Aybaşı olduğumu zənn edirdim amma elə belə şey imiş və məndə 3gündür namaz qılmamışam bu günahdır?
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, qadından gələn hər axıntı və ya qan heyz (aybaşı) sayılmır. Heyzin (aybaşının) müəyyən vaxtları və əlamətləri olur. Heyz vaxtından kənar digər vaxtlarda gələn qan və ya axıntı adətən xəstəlik səbəbindən olur. Bu hala "istihazə" deyilir.

ardını oxu
13-11-2024 Zeyno
Salam bizde kebin kesilende ne biz nede valideynlerimiz istirak ede bilmedik raziliq variydi. Sadece kebin kesen basqa yerde oldugu ucun telefonla kesildi. Bu kebin sayilirmi?
Cavab:

Və aleykum Salam. Kəbində əsas olan valideynlərin razılığı və iki şahidin bu kəbində iştirakıdır. Əgər bu şərtlər tamamlanmışsa nikahın telefonla kəsilməsində bir qəbahət yoxdur və bu nikah doğru sayılır. Ətraflı oxuyun:

ardını oxu
05-11-2024 Anonim
Salam Aleykum. Men keçen il sizden hicab haqda sual soruşmuşdum sizde cavab vermişdiz. Hemd olsun artıq 1 ildir hicabdayam. Allah razı olsun sizlerden. İndi ise sualım beledirki:Menim ailem şie namazı qılır ve mende uşaqlıqdan ele qılmısam. İndi ise sizin paylaşdıgınız kimi qılmaq istiyirem.
Cavab:

Və aleykum Salam. Əvvəla sizi hicaba keçməyiniz münasibətilə təbrik edirik. Allaha həmd olsun! Uca Allahdan sizə sabitlik diləyirik.

ardını oxu
05-11-2024
ƏsSələmu Aleykum. Mənim bir sualım olacaqdı. Bildiyimiz kimi bir şəxs and içib onu pozduqda, bunun bir kəffarəsi var. Bu bütün andlaramı aiddi, yoxsa xüsusilə hansısa andlara aiddi? Məsələn bir insan Allaha and içsəki bundan sonra hərgün idman eləyəcəm.
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, insan hər boş şeyə görə and içməkdən çəkinməlidir və əgər and içərsə, onu qorumalıdır.

ardını oxu
05-11-2024
Əssələmu əleykum. •sehrdən qorxmalıyıq?
Cavab:

Və aleykum Salam. 


1) Cadu da digər pisliklər kimi böyük zərərlərə səbəb ola bilər. Ondan çəkinmək lazımdır. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
05-11-2024
ƏsSələmu Aleykum və rahmətullahi və bərakətuhu. Mənim bir sualım olacaqdı. Bilmək istəyirdimki, Qumar sadəcə iki tərəf arasında oynanıldığı zaman qalib tərəfin məğlub tərəfin pulunu aldığı bir oyundurmu?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.

ardını oxu
05-11-2024 Dili
Salam.men yoldashima qoşulub qacmişam.nişanli idik.dini kebini de yoldaşim ve qaynanam kesdirib .men ve ya menim vəlim olmadan kesilib kebin.o kebin sayilirmi ya yox?!
Cavab:

Və aleykum Salam. Qadının atasının razılığı olmadan qoşulub qaçması böyük günahdır və bu cür nigah batildir.

ardını oxu
03-11-2024 Cavid
Salam men Namaz qiliram ammma son vaxtlar ozumu temiz hiss etmirem isdeyirem ki ozumu temiz hiss edim her defe men Namazi qilandan sonra ALLAHA Dua edirem ki meni bu derdden qurtar xeyri cox olur amma ozumu ele temiz hiss etmek isdeyirem ki QURANİ KERİM KİTABİNİ oxuyum amma ozumu helede hazir gormur
ardını oxu
03-11-2024
Əs səlamu aleykum Allah sizə bərəkət versin Caamat namazında əgər biri səf edərsə o imama tabedi namazda səf buraqdıqda salamnan qabaq səf səjdəsi etməlidirmi yoxsa imama tabe olduqum üçün etmirəm
Cavab:

Və aleykum Salam. İmama tabe olan şəxs namazda səhv edərsə aşağıdakı hallardan birini etməlidr:

ardını oxu
03-11-2024
ASSALAMUALAIKUM. Zinadan olan usag abort edile biler mi?
ardını oxu
03-11-2024 .
salam mən şiə namazi qiliram ətrafimdakilar mə deyilər bə düzgün dəyildə mən sunnə namazini oyrenib qüsl alib qilmaliyam və hansi niyyetnen almaliyam
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-11-2024 *meleyke
Salam.bir nece il once mekteb bufetinden bir nece sey almisdim borclu qaldim ama hemin iscini isden cxariblar basqa isci isleyir indi.men mektebe borclu sayiliram yoxsa hemen isden cxan isciye? cxan iscini tapa bilmirem.borcumu indi gondersem duzgun ederem?
Cavab:

Və aleykum Salam. Əgər məktəb bufetini işlədən şəxs eynidirsə, bu halda işçinin dəyişməsinə baxmayaraq bufetə olan borcunuzu kassaya verməyiniz kifayətdir. Əgər hal-hazırda bufeti işlədən şəxs dəyişibsə, bu halda o pulu borclu olduğunuz şəxs adından sədəqə verin.

ardını oxu
01-11-2024
Namaz qilmayana sedeqe ve fitre vermek olarmi?
Cavab:

Əssələmu aleykum. Müstəhəb olan sədəqəni (fitrə zəkatı, sədəqə və s.) istənilən adama vermək olar. Hətta qeyri-müsəlman olsa belə, ona sədəqə vermək icazəlidir.

ardını oxu
01-11-2024
Salam bilmedim ki bele olacaq mindarciliq eden pişiy balasini vurdum gozumun qabaginda can verdi cox pesmanam vicdan ezabi bogur meni men istemedim bele olsun ne ede bilerem
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-11-2024 Anonim
Salam əleyküm.Mən adımı dəyişdirmək istəyirəm.Öz adım Aliyədi.Amma qorxuram Sizcə, adımı dəyişdirsəm boynuma günah yazılar?
Cavab:

Və aleykum Salam. Adı dəyişmək icazəlidir, lakin əgər insanın adı dinə və şəriətə zidd deyilsə, pis məna kəsb etmirsə, bu adı dəyişmək bəyənilmir. Dinimiz yalnız mənaları pis olan adların dəyişdirilməsini tövsiyə edir. İnsanlar sizi artıq bu adla tanımışlar.

ardını oxu
01-11-2024 Fərid
Salam aleykum qardaş namaz qılan oğlan ətir vura bilərmi?
Cavab:

Və aleykum Salam. Bəli, namaz qılan oğlan ətir vura bilər. Ətraflı oxuyun:


Ətirdən istifadə etmək günahdırmı?
ardını oxu
30-10-2024 Sevinc
Salam sünne namazına başlayacam ama anam qoymur ama gizlin qilacam anam görəndə əllərimi aça bilərəm qeli bağlı qılmağı i istəmirlər ama mən çox araşdırdım düzgün yol budu yeni o görəndə əlləri açıq şəkildə namaz qıla bilərəmmi?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
30-10-2024
Qadının yoldaşınan büyük olması gunahdırmı?
Cavab:

Əssələmu aleykum. Qadının ərindən yaşca böyük olması heç də günah deyil. Peyğəmbərimizin ﷺ zövcəsi Xədicə (Allah ondan razı olsun) ondan yaşca böyük olmuşdur. Ətraflı oxuyun:

ardını oxu
30-10-2024 İbrahim
Men boşanma erefesinde olan bir xanımla sevgiliyem bir birimizi çox sevirik.Boşanandan sonra evleneciyik.Xanımin 8 ildi yoldaşıyla heç bir yaxınlığı yoxdu.Boşanma biraz uzun çekecek.Bizde bir birimizi görmek üçün kebin kesdirmek isteyirik ki halalım olsun.İkinci kebini kesdirmek olar boşanma erefesi
Cavab:

Əssələmu aleykum. Qadın boşanmadan yeni nikaha girə bilməz. Ətraflı oxuyun:

ardını oxu
30-10-2024 Anonim
Salam çimib çıxandan sonra yadıma düşübki mən heyz qüsulu verməli idim. Sizcə susuz başqa yolla necə qüsul vsrmək olar?
Cavab:

Və aleykum Salam. Sadəcə çimmək qüslü əvəz etmir. Odur ki siz heyz qüslü almalısınız. Əgər müəyyən səbəbdən (su olmasa və ya xəstəlik səbəbindən) qüsl almaq mümkün deyilsə, təyəmmüm almaq lazımdır. Həmçinin oxuyun:

ardını oxu
30-10-2024
AsSalamu Aleykum. Yoldashimin imkani var ayri yashamaga, amma mene aile ile qalmaq daha rahatdir deyir. Qadinin haqqi oldugunu deyirem. Teleb ede bilerem deyirem.
Cavab:
ardını oxu
29-10-2024 gunau
əzan neçə dəfə çəkilməlidir
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, azan vermək kişilərə aiddir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
29-10-2024
salam.namaz qilmiram men dua ede bilerem? nece muddete qebul olar?onceden qusul destemazda almaliyammi?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
29-10-2024
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Mən bu yaxınlarda gözümdən əməliyyat oluanacam, və Həkimin dediyinə görə ən azı təxminən 10 gün gözə su dəyməməlidir, dəyərsə risq daşıyır. Bu zaman mən Dəstəmaz alarkən, gözümü yumadan, sadəcə üzümün qalan hissələrini yusam keçərli olarmı?
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə kamil şəfa diləyirik! Əgər üzürlü səbəbdən dəstəmaz əzalarından hər hansı birini yumaq mümkün deyilsə, bu halda təyəmmüm edilir. Təyəmmüm etməyin qaydası və halları barədə ətraflı oxuyun:

ardını oxu
29-10-2024 Əli
Bir kişi yoldaşına "bax 3 dəfə deyirəm boşanıram, boşanıram, boşanıram" eyni bu şəkildə desə, amma bunu əsəb anında desə və sidqi ürəkdən boşanma istəyi olmasa və 3 talaq məsələsindən, hullə məsələsindən bixəbər olsa, yenə də boşanmış sayılırmı? Nikah təzələmək haqqları varmı?
Cavab:

Əssələmu aleykum. Əvvəla kişi yoldaşını həddən çox qəzəbli halda boşayarsa, doğru olan rəyə görə belə boşanma sayılmır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
29-10-2024
Salam ,teheccud namazini qüsl almadan qilmaq olar?.destnamaz aliram
Cavab:

Və aleykum Salam. Xeyr, boynunda cənabət qüslü olan şəxs mütləq qüsl alıb namaz qılmalıdır. Boynunda cənabət qüslü olan halda dəstəmaz alıb namaz qılmaq doğru deyil. Əgər qüsl almaq üçün maneələr olarsa, bu halda təyəmmüm alınır. Ətraflı oxuyun:

ardını oxu
26-10-2024
Salam.Allah rizasi ucun mene yol gosterin tecili.Mrn bir insana iftira atilmasina sebeb olmusam,haqsiz yere.Cox pisem.Veziyyet tehlukeli deyil amma etmediyi seyin usdunde qalmasini isdemezdim.Demeye cox qorxuram.Eyni zamanda qargis sahibi olmusam bu ise gore.Nolar yol gosterin.Ne edim men?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
26-10-2024 Mənəvi kömək istəyəndən
Salam. Günahkar biriyəm , günahlarımı net şəkildə yazacam ki, anlayasız. Çox qızla internət də danışmışam. Pornoya baxıb masturbasya etmişəm. Siqaret çəkmişəm. Bunları isə haqqı bildiyim halda etmişəm. Bunları isə elmli olduğum halda etmişəm. Yəni günahı bilərək etmişəm.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
26-10-2024 .
salam men şiə namazi giliram dost tanış mənə deyir düzgün dəyil sunnə di düzgün peygember sünnə namazini gilib bizdə heylə gilmaliyig indi men nece edim eyer sunne namazi duzgundurse gusl alib onu oyrenib gilmaliyam? birde namazda tengənəfəs oluram nefesim kesilir tez tez udgunuram caizdir?
Cavab:

Və aleykum Salam. Namazda təngənəfəs olmaq və ya tez-tez udqunmaq namaza xələl gətirmir. Namazın doğru qılınması barədə bu cavabları oxuyun:

ardını oxu
26-10-2024 Hemide
Salam. Sistani ağaya teqlid edirem. Soruşmaq isteyirdim ki, men hicabsız şeklimi meni isteyen evlenmek istediyim şexse telefonumda 1 defe göstere bilerem? Açıq halda görüb qüsurlarım olmadığını bilsin deye. Kompleks edirem, narahtam o barede beyenmez birden.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
22-10-2024 Səid
Salam. Mahnının hansıları haramdı? Her mahnı haramdı? Men özüm mahnı dinlemirem çox şükür Allaha. Ama sosial şebekelerde zad videolarda mahnı olur ve saire. Bunlar günahdı ya yox? İndiden çox sağ olun, Allah razı olsun.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:


Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?

ardını oxu
22-10-2024 Nuranə
Salam, mən namaz qılıb qurtarandan sonra dua etmək istəyəndə boyun ağrılarına məruz qalıram ancaq bu hər namaz da baş vermir axşam və yatsı namazın da halım pisləşir hətta bəzən namaz qılarkən belə ürəyim döyüntülər yaradır. Zəhmət olmasa bunun səbəbini deyərdiniz təşəkkür edirəm
Cavab:

Va aleykum Salam. Dua edərkən boyun ağrılarının olması və halın pisləşməsi müxtəlif səbəblərdən ola bilər. Ola bilsin buna səbəb sadəcə yorğunluq olsun.

ardını oxu
22-10-2024
salam. Avqust ayında atam dünyasını dəyişdi hələ də özümə gələ bilmirəm. Yuxumda da görmürəm, bu nə ilə bağlıdır?
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan atanızın günahlarını bağışlamasını və onu Cənnət əhlindən etməsini diləyirik. Sizin üzərinizə düşən yalnız Uca Allahdan onun üçün bağışlanma diləmək, Cənnətə daxil etməsini və sorğu-sualını asan etməsini diləməkdir.

ardını oxu
22-10-2024
Salam, Öz nəsibini görmək üçün olan duaların dində dəlili varmı? Mən elə bir dua oxudum və oxuduğum anda qarşıma bir qız çıxdı nəsibini görmək üçün olan duaları oxumaq düzgündürmü? Şeytan məni aldatmır? Və belə şeylərlə şeytan məni dindən uzaq eləmək istəmir?
Cavab:

Və aleykum Salam. Dinimizdə nəsibini görmək üçün deyilən hər hansı bir dua yoxdur. Ətraflı oxuyun:


Dua qədəri dəyişə bilərmi?

ardını oxu
22-10-2024 @
Salam. Qızımın adı Narin'dir. Sualım odur ki, Narin adını qoymaq dinimizdə günahmı sayılır? Bəziləri qınadı bu ada görə. Dinimizdə bu ad günahdırmı, bir mənası varmıdır?
Cavab:

Və aleykum Salam. Uşağa "Narin" adını qoymaq icazəlidir. Ola bilsin bu adın günah olduğunu deyənlər bu sözün ərəbcə "od" mənasını verən "nar" sözündən düzəldiyini düşünürlər. Əslində isə bu söz türk mənşəli sözdür və "zərif", "incə" deməkdir. Həmçinin oxuyun:

ardını oxu
21-10-2024 zulfiye
salam qadin eri ola ola zina etdikde onun eri ile arasinda olan kebin düsür pozulur yeni? birde eyer 1qiz zorlanarsa o zina sayilir?
Cavab:

Və aleykum Salam. Zina etmək böyük günahlardan biridir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
21-10-2024 Vesveseli qul
Salam şirk vəsvəsəsi gələndə ağızı açıq saxlamaq günahdır? Mən ağzımı açanda vəsvəsə çoxalır evdə heç kimlə danışmıram psixoloji ola bilər?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
21-10-2024 Şiə əhli
Salam mənim testemazım tez tez pozulur.artiq o həddə çatmışam ki namazı tərk edim.pozulsa da namaz qilmağa davam etsəm olar.ama dəqiq cavab olsun
Cavab:

Və aleykum Salam. Dəstəmazın pozulması xəstəlik halını almış və dəstəmazı tez-tez pozulan şəxs, hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alır və bundan sonra xəstəlik halını almış səbəb üzürlü sayılır və dəstəmazı pozmuş sayılmır. Beləcə hər namaz üçün bu qaydada yuyunub dəstəmaz alır.

ardını oxu
21-10-2024 Turanə
Əssəlamu aleykum və rehmetullah ve bereketuhu. Dünyasını deyişmiş insan ibadət əhli deyil o müsəlman sayılır? Və belə insan üçün dua etmək olar?
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:

ardını oxu
21-10-2024 Həmid
Müddəssir 31 təfsirin yaza bilərsiz mənə ?
Cavab:

Əssələmu aleykum.

ardını oxu
19-10-2024 Kamil
Salam aleykum. Qardaş, mən xəstələnmişdim. Boğazım ağrıyırdı. Boğazımı spirtli pambıqla bağlamışdılar. Bilmək istəyirəmki, dəstəmaz olduğu təqdirdə bu halda namaz qılmaq caizdir?
Cavab:

Və aleykum Salam. Bəli, belə halda namaz qılmaq icazəlidir, çünki spirt bir maddə olaraq təmizdir. Sərxoşedici olduğu üçün onu içmək isə qadağandır. Həmçinin oxuyun:

ardını oxu
19-10-2024
Peyğemberimiz qadınlar üçün- Onlar size ALLAHın emanetidir demişdirmi?
Cavab:

Əssələmu aleykum. Bəli, hədislərin birində Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlar barədə belə demişdir: "Qadınlar xüsusunda Allahdan qorxun! Həqiqətən, siz onları Allahın əmanəti olaraq almısınız. ..." (Təfsir ət-Tabəri, 3/392). Həmçinin oxuyun:

ardını oxu

Pages