İnsanın özündən asılı olmayaraq ağlına gələn fikirlər dua sayılırmı?

    02.04.2026
Sual: 
Salam aleyküm.İlk olaraq bəzi vaxtlarda duaların xüsusilə qəbul olunduğu qeyd olunur.Bu zaman əgər gecənin 3/1i məsələn 02:10a gəlirsə sadəcə həmin saat üçün keçərlidir yoxsa sübhə qədər olan vaxt.Tez tez zikrlər edərkən və ya gündəlik işləri görəndə vəsvəsəyə düşürəm.Bu səbəbdən ağıldan imanla,sağlamlıq bağlı keçən pis fikirlər dua hökmündədir və Allah qəbul edərmi?Bəzən vəsvəsədən deyil bilmədən səhv dua edirik,necə aradan qaldıraq.Və son olaraq,üstündə Allah yazdığım kağızı anam səhvən tullayıb.Necə edək ki tövbəmiz qəbul olunsun.Ümumiyyətlə üstündə başqa dindən yazılar olan kağızı atmaq olar?
Cavab: 

Və aleykum Salam. 

1) Gecənin son üçdə biri deyildikdə təqvimdə qeyd edilən vaxtdan Sübh namazına kimi olan müddət nəzərdə tutulur. Yəni, təqvimdə "gecənin son üçdə biri" qeyd olunan vaxt gecənin son üçdə birinin başlanğıc vaxtıdır və bu vaxt Sübh namazına kimi davam edir. Həmçinin oxuyun:


2) İnsanın özündən asılı olmayaraq ağlına gələn fikirlər dua sayılmır və bu fikirlərə görə insana günah da yazılmır. Ətraflı oxuyun:

Ürəyində kiminsə barədə pis düşünmək qeybət sayılırmı?

İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?


3) İnsanın dediyi sözlər niyyətinə görədir. İnsan qəlbindən xoş niyyət keçirib səhvən bəd dua edərsə, bu dua ona təsir etməz. Bunu aradan qaldırmaq üçün sadəcə dua edərkən diqqətli olmaq lazımdır. 


4) Ümumiyyətlə üzərində Allahın adı və ya dinə aid bir yazı olan kağızı natəmiz yerə və ya ayaqaltına atmaq qadağandır. Əgər səhvən olubsa, buna görə günah yazılmır. Ətraflı oxuyun:
Teqlər: 
Paylaş: