Ürəyində kiminsə barədə pis düşünmək qeybət sayılırmı?

    22.10.2020
Sual: 
Əyyaşa sədəqə vermək haramdır?2 insan öz ürəyində kiminsə qeybətin edə bilər? Yəni özü özüynən kiminsə haqqında danışa bilər? fılankəs belədir, fılankəs elədir .qəlbində qeybət etmək haramdır?
Cavab: 

Salam aleykum. 
1. Sədəqəni ehtiyacı olan hər bir müsəlmana vermək olar. Əgər içki içən kəs kasıb müsəlmandırsa və verdiyiniz sədəqə ilə içki almayacaqsa, bu insana sədəqə vermək olar. Əgər içki içən insan ona verdiyiniz sədəqə ilə içki alacağı ehtimal olunursa, bu halda ona sədəqə verməyin və ya ərzaq şəklində verin. Həmçinin oxuyun:
Sədəqə haqqında
Sədəqə verməyə təşviq
Dilənçilərə pul vermək olarmı?

2. Başqası haqqında qəlbində pis şeylər düşünmək qeybət sayılmır. Qəlbdən keçən pis fikirləri başqalarının yanında danışdıqda artıq bu, qeybət sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə ümmətimin fikrindən keçənlərə görə Uca Allah onları hesaba çəkmir". (Səhih əl-Buxari, 7/59). Çalışın, qəlbinizdə kimələrsə qarşı pis fikirləri uzaqlaşdırın. Çox güman ki, bu, şeytanın vəsvəsəsidir, çünki belə fikirlər adətən ilk düşən fürsətdə dilinizə gələcəkdir. Həmçinin oxuyun:
Qeybət etmək haqqında
Əməl etmədən günah olan şeyləri düşünmək günahdırmı?

Paylaş: