İnformasiya texnologiyaları sahəsində UX/UI dizayner işləmək olarmı?

    02.04.2026
Kimdən: 
Salafy
Sual: 
1) İT sahəsində UX/UI dizayner kimi çalışmaq, insanların işini asanlaşdıran rəqəmsal layihələr hazırlamaq İslami baxımdan halal və faydalı bir peşə sayılırmı?" 2) Saqqal çıxarmaq üçün dermarollerdən və tərkibində spirt olan minoksidil məhlulundan istifadə etməyin şəriət baxımından bir qadağası varmı? Bu vasitələr namaza və ya dəstəmaza mane olurmu?" Yəni dermarollerl üzü xırda-xırda deşir məhlulda həmin deşiylərə dolur tük kökü hüceyrə yaradır.. 3) İndiki zamanda bir müsəlman gənc olaraq, inancıma və prinsiplərimə uyğun halal iş tapmaqda çətinlik çəkirəm. Bu vəziyyətdə mənəvi olaraq necə davranmalıyam və ruzinin açılması üçün hansı dini tövsiyələrə əməl etməliyəm
Cavab: 

Əssələmu aleykum.

1) İslamda əsas ölçü görülən işin özü və nəticəsidir. Əgər hazırlanan dizaynlar haram məzmunun yayılmasına xidmət etmirsə (məsələn, qumar, faiz, əxlaqsızlıq, yalan və zülm üzərində qurulan layihələr), əksinə insanlara fayda verir, işi asanlaşdırır və zərəri aradan qaldırırsa, bu, xeyirli əməl hesab olunur. Peyğəmbər ﷺ buyurmuşdur: "Allaha ən sevimli insan, insanlara ən çox faydası toxunanıdır. Uca Allahın ən çox sevdiyi əməllərdən biri də bir müsəlmanın qəlbinə sevinc salmaq, ondan bir sıxıntını aradan qaldırmaq, borcunu ödəməsinə kömək etmək və ya aclığını dəf etməkdir. Bir qardaşımla onun ehtiyacı üçün birlikdə yol getməyim bu məsciddə (Mədinə məscidində) bir ay etikafta qalmağımdan mənə daha sevimlidir". (ət-Tabərani, 6026; Silsilə Sahihə, 906). 


2) Spirt tərkibli vasitələri qəbul etmək qadağandır. Xarici istifadə üçün isə icazəlidir. Ətraflı oxuyun:


3) Bu cavabı oxuyun:
Teqlər: 
Paylaş: